Almaniyada sənaye istehsalı artıb

07 Dekabr 2015

Almaniyanı milli statistika idarəsinin bazar ertəsi verdiyi məlumata görə, ölkənin sənaye istehsalı oktyabr ayında yalnız 0.2% artıb.

Almaniyada sənaye istehsalı artıb
Almaniyanı milli statistika idarəsinin bazar ertəsi verdiyi məlumata görə, ölkənin sənaye istehsalı oktyabr ayında yalnız 0.2% artıb. Sentyabr ayında isə bu göstərici 1.1olmuşdur. Analitiklər isə 0.7%-lik artım gözləyirdilər.
 
2015-ci ilin ən yüksək artım səviyyəsi iyul ayında (1.2%), ən çox azalma isə sentyabr ayında (1,1%) müşahidə olunub.
 
ABŞ-da isə artım daha çox olmuşdur. 

FED-in noyabr ayının 17-də açıqladığı məlumata görə, Amerikada oktyabr ayında sənaye istehsalında artım yalnız 0.4% olmuşdur. Bu səbəblə, xəbər EUR/USD cütlüyünə güclü təsir edə bilmədi. 


Neft bahalaşır. 


Sənaye istehsalında artım əmtəə (neft, qızıl, gümüş, təbi qaz və s.) qiymətlərinə də müsbət təsir edir. Məlumatın açıqlanmasından sonra Asiya sessiyasında hərəkətsiz qalan brent markalı neftin bir barel üzrə qiyməti 0.6% bahalaşıb.