Almaniyada sənaye istehsalı azalmaqda davam edir

08 Yanvar 2019

Almaniya iqtisadiyyatı ilə bağlı mənfi makro iqtisadi göstəricilərin açıqlanması, avronun 1.15$ səviyyəsində müqavimətlər rastlaşmasının səbəb olur.

Almaniyada sənaye istehsalı azalmaqda davam edir

Almaniyanın statistika mərkəzinin (ing.: "DeStatis") çərşənbə axşamı verdiyi məlumata görə, sənaye istehsalı noyabr ayında 1.9% azalıb, baxmayaraq ki, 0.3%-lik artım proqnozlaşdırılırdı. Bu, 2017-ci ilin yanvar ayından etibarən müşahidə olunan ən yüksək azalmadır. Avrozona üzrə ümumi göstəricilər isə yanvar ayının 14-də açıqlanması gözlənilir. Oktyabr ayında da sənaye sektorunda 0.8% geriləmə müşahidə edilmişdir. 


Məlumatların açıqlanmasından sonra EUR/USD məzənnəsi 1.1433$-a kimi 0.2% ucuzlaşıb. 


Qeyd etmək lazımdır ki, dolların aparıcı valyutalara nisbətən qiymətləri dekabr ayının ortalarından etibarən ucuzlaşmağa başlayıb. Bunun əsas səbəbi ABŞ iqtisadiyyatında risklərin artmasıdır. Bu özü ilə bərabər son günlər Amerika Mərkəzi Bankının (FED) əlavə faiz artımı üzrə gözləntilərinin azalmasına səbəb olur və nəticədə dolların qiymətləri də ucuzlaşır.