Almaniyada sənaye istehsalı azalmaqdadır

06 Dekabr 2019

Almaniyada sənaye istehsalı proqnozların əksinə olaraq azalıb.

Almaniyada sənaye istehsalı azalmaqdadır

Almaniyanın statistika idarəsinin cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, sənaye istehsalı oktyabrda aylıq müqayisədə 1.7% azalıb. Sentyabr ayı üzrə göstərici mənfi 0.6% açıqlandıqdan sonra sonuncu ayda 0.1%-lik artım ehtimal edilirdi. 

Qeyd etmək lazımdır ki, göstəricilərin proqnozların əksinə açıqlanması iqtisadiyyatda nəzərə alınmayan risklərdən xəbər verir. Bu, mərkəzi bankların açıqlamalarına da kölgə sala bilər.