Almaniyada sənaye istehsalı gözlənilmədən azalıb

07 Dekabr 2017

Enerji məhsulları istehsalında artım ilə müqayisədə, digər sahələrdə azalma daha çox olub.

Almaniyada sənaye istehsalı gözlənilmədən azalıb

Almaniyanın statistika idarəsinin cümə axşamı açıqladığı rəsmi məlumatlarda, ölkədə sənaye istehsalının oktyabr ayında 1.4% azaldığı göstərilib. Analitiklər isə 1.0%-lik artım gözləyirdilər. Sənaye istehsalında əmtəə məhsulları istehsalı isə 2.0% azalıb. 

Bununla yanaşı, enerji məhsulları istehsalında güclü artımın olmasına baxmayaraq, istehlak, investisiya, tikinti və ara məhsulları istehsalında azalma daha güclü olub. 

Məlumatların açıqlanmasından sonra son bir həftə ərzində 1.1780$-a kimi 1.3% ucuzlaşan, EUR/USD məzənnəsinə qarşı təzyiqlər daha artıb.