Almaniyada sənaye sifarişləri az azalıb

06 Aprel 2020

Almaniyada sənaye məhsullarına olan tələb proqnozlaşdırılandan az azalıb.

Almaniyada sənaye sifarişləri az azalıb

Almaniyanın statistika idarəsinin bazar ertəsi açıqladığı rəsmi məlumatlara əsasən, fevral ayında sənaye məhsulları sifarişləri 1.4% azalıb. Mütəxəssislər isə 2.4%-ə kimi azalma proqnozlaşdırırdılar. 

Qeyd etmək lazımdır ki, göstəricinin proqnozla müqayisədə müsbət açıqlanması, gələcək ayda göstəricilərin daha da yaxşı yayımlanacağına işarədir.