Almaniyada sənaye sifarişləri azalıb

05 Dekabr 2019

Almaniyada fabrik sifarişlərinin həcmi proqnozlaşdırılandan daha çox azalıb.

Almaniyada sənaye sifarişləri azalıb

Almaniyanın statistika idarəsinin verdiyi rəsmi məlumatlara əsasən, sənaye sifarişlərinin həcmi oktyabrda 0.4% azalıb. Mütəxəssislər isə 0.3%-lik artım proqnozlaşdırmaqla, yalnız aylıq artım dinamikasının azalmasını ehtimal edirdilər. Lakin artıq aylıq azalma müşayidə edilir. 

Qeyd etmək lazımdır ki, cari il ərzində ən çox aylıq azalma 0.4% ilə fevralda olub.