Almaniyada tikinti qiymətləri qalxır

09 İyul 2018

Avropa Mərkəzi Bankının sıfır faiz siyasəti, tikinti sektorunda investisiyaların artmasına səbəb olur.

Almaniyada tikinti qiymətləri qalxır

Almaniyanın statistika idarəsinin bazar ertəsi verdiyi rəsmi məlumatlara əsasən, mənzillərin tikinti qiymətləri may ayında illik müqayisədə 4.1% bahalaşıb. Bu, son on ilin ən yüksək artım göstəricisidir. Sonuncu dəfə bundan ən yüksək artım 5.8% ilə 2017-ci ilin noyabr ayında müşahidə edilmişdir. Məlumatlar həyət evlərini deyil, tikilmiş bina mənzillərinə əsasənlanır.


Dünya birjalarında məlumatların açıqlanması, avronun qiymətində güclü təsir etməyib. Lakin göstərici gələcəkdə Almaniya və Avrozonada inflyasiyanın daha da arta biləcəyinə və beləliklə, Avropa Mərkəzi Bankının (AMB) da siyasətinin sərtləşdirəcəyinə, - faiz dərəcələrini artıracağına işarədir. Bu, avronun qlobal eniş dalğası dinamikasının zəifləməsinə və daha da bahalaşmasına səbəb ola bilər. 


Qeyd etmək lazımdır ki, AMB-nin 0% siyasəti tikinti sektoruna olan tələbin artmasına təsir edir. Belə ki, banklarda kreditin ucuz olması investorların pula asan çıxışını, əmanət faizlərinin isə aşağı olması investorların alternativ sahələrə investisiya etmələrini stimullaşdırır.