Almaniyada ÜDM-də dəyişiklik avronun qiymətlərinə necə təsir edə bilər?

21.02.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

21.02.2019 - InvestAZ İnvestisiya Şirkətinin yatırım məsləhətçisi Mircəlal Sultanov dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Maliyyə bazarlarında son günlər yaranan canlanma EUR/USD cütlüyünə də öz təsirini göstərir. EUR/USD cütlüyünün qrafuikinə qlobal olaraq nəzər yetirsək 1.12-1.15 aralığında üfüqü dalğalanmanın davam etdiyinin şahidi oluruq. Fevral ayının əvvəlindən 1.1230-lara kimi dəyər itirən EUR/USD cütlüyü son həftədə yenidən bahalaşmağa başlayıb. 


Son günlərdə EUR/USD cütlüyü yenidən artım tempinə başlayıb.

Bu həftənin önəmli xəbəbrlərindən biri fevral ayının 22-sı, cümə günü, Bakı vaxtı ilə saat 11.00-da Almanıyadan açıqlanacaq ÜDM-da dəyişiklik ilə əlaqədardır. Qeyd edim ki, fevral ayının 14-ünə olan nəticələrə əsasən Almanıyanın ÜDM-da artım tempi 1.1% açıqlanmışdır. Proqnozlara əsasən bu həftəki artım tempi 0.9% açıqlanacaq.


ÜDM-da dəyişiklik EUR/USD cütlüyündə aktvlik yarada bilər.

Göstəricilərin gözləniləndən daha yüksək açıqalnması avronun qiymətlərinin artmasına və EUR/USD cütlüyünün qiymətinin 1.1405-1.1470-ə kimi bahalaşmasına səbəb ola bilər.Qiymətlərinin gözlənti ilə eyni və ya daha aşağı açıqlanması avronun zəifləməsinə və qiymətlərin yenidən 1.1230-a kimi ucuzlaşmasına səbəb ola bilər.