Almaniyada yeni iş yerləri artır, Avrozonada "PMI"

06 Mart 2018

Almaniyada boş qalan iş yerlərinin sayının rekord səviyyəyə çatması və Avrozonanın pərakəndə satış sektorunda aktivliyin artması - Avro bahalaşması.

Almaniyada yeni iş yerləri artır, Avrozonada "PMI"

Əmək bazarı və Peşə araşdırma İnstitutunun (alm.: "IAB") çərşənbə axşamı verdiyi məlumatlara əsasən, 2017-ci ilin dördüncü rübündə tutulmayan iş yerlərinin sayı təqribən 1.2 milyona çatıb. Bu, illik müqayisədə 128 min əlavə bo. iş yeri deməkdir. İş yerlərinin artmasında ən çox istehsal və tikinti sektorunun payı olub. 


Bununla yanaşı, Avrozonanın pərakəndə satış sektorunda biznes aktivliyi indeksi (ing.: "PMI") də 52.3 punkta kimi 1.5 punkt artıb, deyə "Markit" araşdırma mərkəzi məlumat verib. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir. 


Məlumatların açıqlanmasından sonra EUR/USD məzənnəsi bahalaşmağa başlayıb. Hal-hazırda məzənnə dünya birjalarında 1.2380$-ın üzərində təklif edilir. Avronun bahalaşmasına dünya birjalarında dolların da ucuzlaşması təsir etməkdədir.