Almaniyadan fabrik sifarişləri göstərici açıqlanacaq

06 Fevral 2019

Dünya maliyyə bazarlarında investorların diqqət mərkəzində olan önəmli fundamental məlumatlar arasında Almaniyadan fabrik şifarişləri göstəriciləri də var.

Almaniyadan fabrik sifarişləri göstərici açıqlanacaq

Bakı vaxtı ilə saat 11.00-da açıqlanacaq xəbər diqqət mərkəzindədir. Almaniyada əmtəə sifarişlərinin həcmi davamlı mallar və dayanıqlı olmayan mallar üzrə yeni istehsal sifarişlərinin səviyyəsini ölçür. 


Sifarişlərin artım tendensiyası Alman iqtisadiyyatının inkişafını göstərir. Gözləniləndən daha yüksək göstəricilər müsbət, gözlənilən göstəricilər isə EUR üçün mənfi nəticə olduğunu göstərir.