Almaniyadan "ZEW" iqtisadi inkişaf proqnozu göstəricisi

19 Fevral 2019

Beynəlxalq valyuta birjalarında çərşənbə axşamı avronun məzənnələrinə güclü təsir edə biləcək önəmli fundamental məlumatlar açıqlanacaqdır.

Almaniyadan "ZEW" iqtisadi inkişaf proqnozu göstəricisi

Bakı vaxtı ilə saat 14.00-da Almaniyadan Avropa iqtisadiyyatının araşdırılması mərkəzinin (alm.: "ZEW") iqtisadi inkişaf proqnozunun açıqlanması, bazar iştirakşılarının diqqət mərkəzindədir.


Analitiklərin fikrincə, göstərici mənfi 15 punktdan mənfi 14.1 punkta kimi yüksələ bilər.


Nəticələrin gözləniləndən daha yüksək açıqlanması, avro üçün pozitiv, daha aşağı açıqlanması isə avroya neqativ təsir edə bilər.


Qeyd edək ki, yanvar ayının nəticələrinə diqqət yetirsək, nəticələr proqnozlardan fərqli olaraq daha pozitiv, mənfi 15,0 açıqlanmışdı. Yanvar ayında göstəricinin mənfi 17.5 punktdan 18.4 punkta kimi azalma proqnozlaşdırılırdı.