Almaniyanın DAX indeksində bahalaşma

14 Fevral 2019

Beynəlxalq səhm bazarlarında Almaniyanın DAX indeksinin bahalaşması və gözləntilər, investorların diqqətini cəlb etməyə başlayıb.

Almaniyanın DAX indeksində bahalaşma

Almaniyanın səhm bazarlarında bahalaşma dinamikası investorların diqqət mərkəzindədir. Keçən həftə təzyiq altında olan Almaniyanın DAX indeksinin bu həftənin əvvəlindən etibarən bahalaşması buna sübutdur. 


Almaniyanın DAX indeksi ilin əvvəlindən 11390 punkta kimi 11% bahalaşdıqdan sonra sonuncu səviyyədə güclü müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlamışdı. Cümə günü 10861 punktda yenidən dəstək görən DAX, bu gün dünya səhm bazarlarında 11207 punkta ticarət edilməkdədir. 


Təhlillərə əsasən, cari bahalaşma cari ilin müqavimət səviyyəsinin qırılması ilə nəticələnərsə, 11548 və 11972 punkta kimi də davam edə bilər. 


Qeyd etmək lazımdır ki, Almaniyanın səhm bazarlarında müsbət tendensiya ölkə iqtisadiyyatının gələcəyinə dair müsbət siqnaldır və avronun da bahalaşmasına təsir edə bilər. Bahalaşmaya səbəb isə şirkətlər tərəfindən açıqlanan hesabatlardır.