Almaniyanın elektrik sənayesində geriləmə

08 Avqust 2019

Almaniyanın elektrik sənayəsi dünya iqtisadiyyatında artan qeyri-müəyyənlikdən əziyyət çəkir və illik göstəricilər proqnozların altında açıqlana bilər.

Almaniyanın elektrik sənayesində geriləmə

Almaniyanın İqtisadiyyat Assosiyasının cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, istehsal həcmi cari ilin ilk yarım ilində illik müqayisədə 3.9% azalıb. Bununla yanaşı, təşkilatdan illik 1%-lik artım proqnozlarının getdikcə zəiflədiyi açıqlanılıb. Dövriyyə də 94.1 milyard avro ilə keçən il ilə müqayisədə 0.7% azalıb. 

Şirkətlərə sifarişlər də 1.6% azalıb. Təşkilatın sorğuları isə onu göstərir ki, şirkətlərin hər dörddə biri cari rüb ərzində istehsalı dayandırmağı, 15%-i artırmağı planlaşdırır. Bu ay biznes şərtləri indeksi də iyun ayı ilə müqayisədə daha pis qiymətləndirilir və sıfırın altında açıqlanıb, gözləntilər də aşağı düşüb.