Almaniyanın əmək bazarında müsbət tendensiya müşahidə edilir

26 İyul 2016

"IAB"-nin əmək bazarı üzrə monitorinq indikator əmsalı iyul ayında 103.2-ə kimi 0.4 punkt artıb

Almaniyanın əmək bazarında müsbət tendensiya müşahidə edilir
Almaniyanın əmək bazarında vəziyyətin daha da yaxşılaşacağı gözlənilir. 
 
Çərşənbə axşamı Almaniyanın "IAB" araşdırma mərkəzinin (Əmək bazarı üzrə Araşdırma mərkəzi) açıqladığı aylıq aparılan sorğusunda (156 işə düzəltmə agentliyi arasında) bildirilir ki, işsizlik səviyyəsi gələcək 3 ay ərzində dəyişməz qalsa da, bu müddət ərzində iş yerlərinin sayında artım gözlənilir.
 
Mərkəz sədri Enzo Veberin dediyi sözlərə görə, Almaniyada BREXIT qərarına baxmayaraq, iş yerlərinin sayının artımında müsbət tendensiya müşahidə edilir. Sədr ona da əmindir ki, əmək bazarı iqtisadi vəziyyətin pisləşməsinə qarşı da sağlamdır. "IAB"-nin əmək bazarı üzrə monitorinq indikator əmsalı iyul ayında 103.2-ə kimi 0.4 punkt artıb.
 
Eyni zamanda, keçən il Almaniyada müşahidə edilən qaçqın axınına baxmayaraq, işsizlik səviyyəsinin artacağı gözlənilmir: "Əmək bazarında müsbət tendensiya qaçqın axını fonunda işsizliyin artımını kölgədə qoyur". Digər tərəfdən, qaçqınlar inteqrasiya və dil kursları keçdikləri üçün hələ tam işsizlik statusuna sahib deyillər.