Almaniyanın inflyasiyasında zəifləmə

30 Aprel 2018

Almaniya inflyasiyasının aylıq artım dinamikası apreldə ilin minimum səviyyəsində. Cümə axşamı açıqlanacaq Avrozona üzrə inflyasiya isə diqqət mərkəzində.

Almaniyanın inflyasiyasında zəifləmə

Almaniyanın federal statistika idarəsinin bazar ertəsi açıqladığı rəsmi məlumatlara əsasən, ölkədə istehlak qiymətləri aprel ayında 0.0% dəyişib. Bu, göstərici mart ayında da fevral ayı ilə müqayisədə 0.5%-dən 0.4%- düşmüşdü. Analitiklər isə 0.1%-lik deflyasiya proqnozlaşdırırdılar. Bununla yanaşı, statistika idarəsi mart ayında pərakəndə satış dövriyyəsinin də 0.6% azaldığını açıqlayıb. 


Məlumatların açıqlanmasından sonra avronun qiyməti yenidən 1.2075$-a kimi ucuzlaşıb. 


Qeyd etmək lazımdır ki, bu gün Almaniyanın inflyasiyası ilə bağlı dərc edilən göstəricilər ilkin hesablanma idi və yekun göstəricilərin may ayının 16-da yayımlanması gözlənilir. Cümə axşamı Bakı vaxtı ilə saat 13:00-da isə ümumi olaraq Avrozonanın aprel ayı üzrə ilkin inflyasiya göstəriciləri açıqlanacaq.