Almaniyanın iqtisadi inkişafı 0.6%-ə düşdü

15 Yanvar 2020

Almaniyada illik inkişaf proqnozlaşdırıldığı kimi 2019-ci ildə 0.6%-ə düşüb.

Almaniyanın iqtisadi inkişafı 0.6%-ə düşdü

Almaniyanın statistika idarəsinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, ümum daxili məhsul 2019-ci ildə illik müqayisədə 0.6% artıb. Bu göstərici 2017-ci  ildə 2.2, 2018-ci ildə 1.5% olmuşdur və mütəxəssislər də 2019-ci ildə artımın 0.6%-ə düşəcəyini proqnozlaşdırırdılar.