Almaniyanın işgüzar mühiti indeksində artım

27 Avqust 2018

"Ifo" göstəricisinin gözləntidən yüksək açıqlanması, beynəlxalq birjalarında avronun yenidən 1.16$-ın üzərinə kimi bahalaşmasına təsir edib.

Almaniyanın işgüzar mühiti indeksində artım

Almaniyanın biznes mühitində aktivlik gözlənilmədən cari ilin birinci rüb səviyyələrinə yüksəlib. 


İqtisadi araşdırmalar institutu "Ifo"-nun (Almaniya, Münxen) bazar ertəsi açıqladığı məlumata görə, Almaniyada biznes mühiti indeksi 101.7 punktdan 103.8 punkta kimi artıb. İndeks 7000 şirkətdə aparalın sorğu əsasında hazırlanır və gözləntidən yüksək yayımladığı təqdirdə avronun bahalaşmasına müsbət təsir edir. Suallar şirkətin cari vəziyyəti və gələcək gözləntiləri ilə bağlı olur. 


"Ifo" göstəricisinin gözləntidən yüksək açıqlanması Avronun bahalaşmasına təsir edib. 

Analitiklər isə indeksin yalnız 101.9 punkta kimi yüksələ biləcəyini proqnozlaşdırırdılar. Məlumatın açıqlanmasından sonra EUR/USD məzənnəsi 1.1621$-a kimi 0.2% bahalaşıb.


Qeyd etmək lazımdır ki, göstərici 2009-ci ilin aprel ayından 2018-ci ilin yanvar ayına kimi son 27 ilin maksimum səviyyəsinə kimi yüksəlmişdi. Lakin indeks 2018-ci ilin birinci rübündə 117.6 punkta çatdıqdan sonra birinci rübün sonuna kimi yenidən 103.3 punkta kimi sərt şəkildə azalmışdır. İyul ayında isə 101.7 punkta çatmışdır.