Almaniyanın işgüzar mühiti indeksində azalma

26 Noyabr 2018

"Ifo" göstəricisinin gözləntidən zəif açıqlanması, beynəlxalq valyuta birjalarında avronun 1.1359$-a kimi 0.2% ucuzlaşmasına təsir edib.

Almaniyanın işgüzar mühiti indeksində azalma

Almaniyanın biznes mühitində aktivlik gözləniləndən daha sürətlə azalıb. 


İqtisadi araşdırmalar institutu "Ifo"-nun (Almaniya, Münxen) bazar ertəsi açıqladığı məlumata görə, Almaniyada biznes mühiti indeksi 102.8 punktdan 102.0 punkta kimi azalıb. İndeks 7000 şirkətdə aparalın sorğu əsasında hazırlanır və gözləntidən aşağı yayımladığı təqdirdə avronun ucuzlaşmasına təsir edir. Suallar şirkətin cari vəziyyəti və gələcək gözləntiləri ilə bağlı olur. 


"Ifo" göstəricisinin gözləntidən zəif açıqlanması avronun ucuzlaşmasına təsir edib. 


Analitiklər indeksin yalnız 102.3 punkta kimi düşə biləcəyini proqnozlaşdırırdılar. Məlumatın açıqlanmasından sonra EUR/USD məzənnəsi 1.1359$-a kimi 0.2% ucuzlaşıb.


Qeyd etmək lazımdır ki, göstərici 2009-ci ilin aprel ayından 2016-ci ilin may ayına kimi son 107.8 punkt ilə son 8 ilin maksimum səviyyəsinə kimi yüksəlmişdi. Bundan sonra 2016-ci ilin avqust ayına kimi 99.8 punkta kimi azalmış, 2017-ci ilin noyabr ayında 105.3 punkta kimi artmış, 2018-ci ilin iyul ayına kimi 101.7 punkta kimi azalmış, avqust ayında 103.9 punkta kimi yüksəlsə də, yenidən son üç aydır ard-arda zəifləyərək 102 punkta çatmışdır.