Almaniyanın işgüzar mühitində zəifləmə davam edir

18 Dekabr 2018

Avrozonanın ən böyük iqtisadiyyatına sahib Almaniyada işgüzar mühitdə zəiflik gözləniləndən daha sürətlə zəifləyir. Avroya qarşı təzyiqlər arta bilər.

Almaniyanın işgüzar mühitində zəifləmə davam edir

Almaniyanın biznes mühitində aktivlik gözləniləndən daha sürətlə azalaraq, son ilin minimum səviyyəsini yeniləyib. 


İqtisadi araşdırmalar institutu "Ifo"-nun (Almaniya, Münxen) çərşənbə axşamı açıqladığı məlumata görə, Almaniyada biznes mühiti indeksi 102.0 punktdan 101.0 punkta kimi azalıb. Bu, 2016-ci ilin sentyabr ayından sonra ən aşağı səviyyədir. İndeks 7000 şirkətdə aparalın sorğu əsasında hazırlanır və gözləntidən aşağı yayımladığı təqdirdə avronun ucuzlaşmasına təsir edir. Suallar şirkətin cari vəziyyəti və gələcək gözləntiləri ilə bağlı olur. 


"Ifo" göstəricisinin gözləntidən zəif açıqlanması avronun ucuzlaşmasına təsir edib. Analitiklər indeksin yalnız 101.8 punkta kimi düşə biləcəyini proqnozlaşdırırdılar. Məlumatın açıqlanmasından sonra EUR/USD məzənnəsində ucuzlaşma müşahidə edilməyib. Bunun əsas səbəbi son günlər foreks bazarlarında dolların ucuzlaşmasıdır. Avro hal-hazırda 1.1380$-a ticarət edilməkdədir. 


Qeyd etmək lazımdır ki, göstərici 2009-ci ilin aprel ayından 2016-ci ilin may ayına kimi son 107.8 punkt ilə son 8 ilin maksimum səviyyəsinə kimi yüksəlmişdi. Bundan sonra 2016-ci ilin avqust ayına kimi 99.8 punkta kimi azalmış, 2017-ci ilin noyabr ayında 105.3 punkta kimi artmış, 2018-ci ilin iyul ayına kimi 101.7 punkta kimi azalmış, avqust ayında 103.9 punkta kimi yüksəlsə də, yenidən son üç aydır ard-arda zəifləyərək 102 punkta çatmışdır. 

Image title