Almaniyanın istehsal qiymətlərində zəif artım

20 Yanvar 2020

Almaniyada sənayə məhsullarının qiymətlərində artım proqnozlaşdırılanın alınta açıqlanıb.

Almaniyanın istehsal qiymətlərində zəif artım

Almaniyanın statistika idarəsinin bazar ertəsi açıqladığı rəsmi məlumatlara əsasən, istehsal qiymətlərinin aylıq indeksi dekabrda 0.1% olub. Lakin bu göstərici noyabrda sıfır olmaqla yanaşı, dekabrda 0.2%-a yüksələcəyi proqnozlaşdırılırdı. 

Qeyd etmək lazımdır ki, göstəricinin proqnozlaşdırılandan zəif açıqlanması, gələcək göstəricilərin daha zəif açıqlanmasına işarədir. İstehsal qiymətlərində azalma isə inflyasiyaya da mənfi təsir edir. 

Avropa Mərkəzi Bankı yumşaq monetar siyasəti ilə inflyasiyanın 2%-ə çatdırılmasına çalışır.