Almaniyanın istiqraz gəlirliyi sıfırın altına düşüb

24 Aprel 2019

Beynəlxalq valyuta birjalarında avronun qiyməti qiymətli kağızlar bazarlarında mənfi tendensiya ilə ucuzlaşmaqda davam edir.

Almaniyanın istiqraz gəlirliyi sıfırın altına düşüb

Almaniyanın 10 illik dövlət istiqrazlarının gəlirliyi sıfırın altına düşməklə, avroya olan təzyiqləri daha da artırıb. Belə ki, EUR/USD məzənnəsi 1.12$-ın altında ticarət edilməkdədir. 


Bununla yanaşı, Almaniyada iqtisadi araşdırmaçılar tərəfindən hazırlanan və Almaniyanın işgüzar mühitini ölçən "Ifo" indikatoru, aprel ayında 99.6 punktdan 99.2 pumkta kimi azalıb. Mütəxəssislər isə 99.9 punkta kimi artım proqnozlaşdırırdılar. 


Mərkəzin sədri şərhində bildirib ki, sənaye sektorunda vəziyyət yaxşı deyil və Avropa birliyinin Breksitin oktyabr ayına kimi uzatması iqtisadiyyata yaxşı təsir etmir.