Almaniyanın ixrac həcmi daha da artıb

10 Oktyabr 2017

EUR/USD məzənnəsi 1.1788$-a kimi 0.2% bahalaşıb.

Almaniyanın ixrac həcmi daha da artıb

Almaniyanın federal statistika idarəsinin çərşənbə axşamı verdiyi məlumata görə, Almaniyada müsbət ticarət balansı avqust ayında 19.3 trilyon avrodan 21.6 trilyon avroya qalxıb. Bu isə son 2017-ci ilin ən yüksək səviyyəsidir.

Ticarət dövriyyəsinin artmasına səbəb Almaniyanın ixrac həcmində aylıq artım dinamikasının 3.1%-ə yüksəlməsi olub. Bununla yanaşı, idxal həcmində artım dinamikası da 2.4%-dən 1.2%-ə kimi zəifləyib. 

Qeyd etmək lazımdır ki, ticarət balansı ixrac ilə idxalın həcmini əks etdirir. Müsbət saldo ixracın idxalı üstələməsi zamanı baş verir. İnkişaf etmiş ölkələrin ixrac həcminin artması dünya iqtisadiyyatının inkişafından xəbər verir. Son müddət xammal bazarlarında, xüsusilə də neft qiymətlərinin bahalaşması, inkişaf etməkdə olan və digər dövlətlərin gəlirliyinə də müsbət təsir edir.

Məlumatın açıqlanmasından sonra EUR/USD məzənnəsi 1.1788$-a kimi 0.2% bahalaşmışdır.