Almaniyanın ixracı 1.3% azalıb

08 Aprel 2019

Almaniyanın ixrac və idxal həcmlərində azalma proqnozlaşdırılandan daha çox olub, müsbət saldoda isə artım var.

Almaniyanın ixracı 1.3% azalıb

Almaniya hökümətinin açıqladığı rəsmi məlumatlara əsasən, fevral ayında ixrac 1.3, idxal isə 1.6% azalıb, ümumi ticarət balansında isə müsbət saldo 18.6 milyard avrodan 18.7 milyard avroya yüksəlib. Beləliklə, ixrac həcmində azalma 2018-ci ilin mart, idxal həcmində azalma isə keçən ilin sentyabr ayından ən yüksək səviyyəyə çatıb. 


Mütəxəssislər ixrac həcmində yalnız 0.5, idxal həcmində isə 0.7%-lik azalma, müsbət saldonun 18.0 milyard avroya kimi azalmasını proqnozlaşdırırdılar.