Almaniyanın pərakəndə satış bazarında risklər artmaqda

31 Yanvar 2019

Dünyada siyasi və iqtisadi risklərin artması, Almaniyanın pərakəndə satış dövriyyəsi fonunda son 11 ilin ən zəif göstəricilərinin açıqlanmasına səbəb olur.

Almaniyanın pərakəndə satış bazarında risklər artmaqda

Almaniyada pərakəndə satış dövriyyəsi dekabr ayında gözləniləndən çox azalıb. Belə ki, Almaniyanın milli statistika idarəsinin cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, Almaniyada pərakəndə satış dövriyyəsi dekabr ayında 4.3% azalıb. Bu isə 2007-ci ilin iyun ayından etibarən ən aşağı ən çox azalmadır. Mütəxəssislər isə yalnız 0.5%-lik azalma gözləyirdilər. 


Qeyd etmək lazımdır ki, dünyada siyasi və iqtisadi risklərin, xüsusilə də ABŞ ilə Çin arasında davam edən ticarət böhran, Avrozona iqtisadiyyatına da mənfi təsir edir və gəlirlərin azalmasına, dövriyyənin kiçilməsinə səbəb olur.