Almaniyanın pərakəndə satış sektorundan müsbət xəbər

29 May 2020

Almaniyada pərakəndə satış sektorunda azalma proqnozlaşdırılandan az olması Avrozonaya dair nikbinliyi artırır.

Almaniyanın pərakəndə satış sektorundan müsbət xəbər

Almaniyanın federativ statistika idarəsinin cümə günü dərc etdiyi rəsmi göstəricilərə əsasən, apreldə pərakəndə satış dövriyyəsi 5.3% azalıb. Mütəxəssislər isə mart ayında 4%-lik daralmadan sonra apreldə azalmanın 12%-ə yüksələcəyini proqnozlaşdırırdılar. 

Qeyd etmək lazımdır ki, göstəricilərin proqnozlaşdırılandan yaxşı yayımlanması, gələcək ayda müsbət tendensiya fonunda gözləntiləri artırır.