Almaniyanın sənayesi ilə bağlı göstəricilər açıqlanacaq

07 Fevral 2019

Bu gün Almaniya iqtisadiyyatına dair açıqlanacaq önəmli fundamental məlumatların avroya müsbət təsir edə biləcəyi proqnozlaşdırılır.

Almaniyanın sənayesi ilə bağlı göstəricilər açıqlanacaq

Bakı vaxtı ilə saat 11.00-dan Almaniyadan açıqlanacaq sənaye istehsalı ilə bağlı statistik göstəricilər hal-hazırda diqqət mərkəzindədir. Qeyd edək ki, göstəricilərin gözləniləndən daha yüksək açıqlanması, avroya müsbət təsir edə bilər.


Bu halda qiymətlər yenidən 1.1375 səviyyəsini test edə bilər. Qiymətlərin qeyd olunan həddin üzərində möhkəmlənməsi, avronun yenidən bahalaşmasına səbəb ola bilər.