Almaniyanın ticarət balansında azalma gözlənilir

08 Fevral 2019

Bu gün dərc ediləcək Almaniyanın xarici ticarət dövriyyəsi ilə bağlı önəmli fundamental məlumatlar treyderlərin diqqət mərkəzində olacaqdır.

Almaniyanın ticarət balansında azalma gözlənilir

Almaniyada ticarət balansı saldosunda azalma gözlənilir. Bu gün Bakı vaxtı ilə saat 11:00-da Almaniya üçün ticarət balansı saldosu açıqlanacaq. 


Ötən ay 19.0 milyard avro olan bu göstəricinin, 18.1 milyard avroya qədər azalması gözlənilir. Nəticələr gözlənilən kimi dərc edilərsə, bu avronun dünya birjasında ucuzlaşmasına təsir edə bilər.