Almaniyanın ticarət balansında azalma

09 Yanvar 2020

Almaniyanın sənaye sektorunda aktivlik və faiz ödənişlərində artım müşahidə edilsə də ticarətdə gəlirlər azalıb.

Almaniyanın ticarət balansında azalma

Almaniyada sənaye istehsalı proqnozlaşdırılandan daha çox artıb, cari əməliyyatlar balansında isə proqnozlaşdırılanın əksinə olaraq artım müşahidə edilsə də ixracın daha çox azalması, ticarət balansında da müsbət saldonun azalmasına səbəb olub. 

Almaniyanın statistika idarəsinin cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, sənaye istehsalı noyabrda aylıq müqayisədə 1.1% artıb. Oktyabr ayı üzrə göstərici 1% azalma ilə dərc edildikdən sonra noyabrda 0.7%-lik artım ehtimal edilirdi. 

Almaniyanın ticarət balansında müsbət saldo isə noyabrda 18.3 milyard avroya kimi 2.3 milyard avro azalıb. Mütəxəssislər isə yalnız 0.6 milyard avroluq azalma proqnozlaşdırırdılar. 

Ticarət balansından azalmaya səbəb ixracın (-2.3%) idxaldan (-0.5%) daha çox azalmasıdır. 

Lakin cari əməliyyatlar balansında 24.9 milyard avroya kimi 2 milyard avro artım müşahidə edilib. Burada isə iqtisadçılar 16.9 milyard avroya kimi 10 milyard avroluq azalma ehtimal edirdilər. 

Qeyd etmək lazımdır ki, cari əməliyyatlar hesabı ticarət balansında olduğu kimi məhsul və xidmət ilə yanaşı faiz ödənişlərində idxal ilə ixrac arasındaki fərqi hesablayır: İxrac çıxılsın idxal. İxrac ölkənin iqtisadi gücünü əks etdirirsə, idxal daxili bazarın inkişafını göstərir.