Almaniyanın xidmət sektorunda aktivlik artıb

05 Mart 2019

Bu gün böyük maraqla gözlənilən fundamental göstəricilər arasında Almaniyanın xidmət sektorunda işgüzar aktivliyi ölçən göstəricilər müsbət açıqlanıb.

Almaniyanın xidmət sektorunda aktivlik artıb

Almaniyanın xidmət sektorunda biznes aktivliyini ölçən indeks (ing.: "PMI") fevral ayında 55.3 punkt ilə 2.3 punkt artıb. Göstərici gələcəyə dair gözləntiləri ölçmək üçün önəmli hesab edilir. 


Bu göstərici yanvar ayında 53.0 punkt idi və fevral ayında 52.0 punkta kimi azalması proqnozlaşdırılırdı. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 


50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir.