Almaniyanın xidmət sektorunda aktivlik sürətlənib

04 Dekabr 2019

Almaniyanın xidmət sektorunda işgüzarlıq aktivliyi proqnozlaşdırılanın əksinə artıb.

Almaniyanın xidmət sektorunda aktivlik sürətlənib

"Markit" araşdırma mərkəzinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, biznes aktivliyi indeksi xidmət sektorunda noyabr ayında 51.7 punkt ilə son üç ayın maksimumuna yüksəlib. Mütəxəssislər isə 51.3 punkta kimi azalma ehtimal edirdilər. 

Qeyd etmək lazımdır ki, ümumi Avrozona üzrə göstəricidə də artım (51.9) proqnozları (51.5) üstələyib. Lakin keçən ayın göstəricindən (52.2) zəif açıqlanıb.