Altmayer: Çin beynəlxalq tələblərə riayət etməlidir

24 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında dünya iqtisadiyyatının inkişafı istiqamətində yaranmış çox qütblülük investorların diqqət mərkəzindədir.

Altmayer: Çin beynəlxalq tələblərə riayət etməlidir

Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer Çindən "Yeni ipək yolu" layihəsində beynəlxalq standartları gözləməyi tələb edir. Nazirin çərşənbə günü mediayaya verdiyi açıqlamasında Avropa ilə Asiya arasında infrastrukturun qurulmasının önəmli olduğunu vurğulayıb. Lakin bu, beynəlxalq sosial, ətraf mühit, insan haqları və tələb standartlarına uyğun aparılmalıdır. 


Altmayer cümə axşamı Pekinə səfərə çıxacaq və cümə günü baş tutacaq "Yeni ipək yolu" zirvə toplantısında ölkəsini təmsil edəcəkdir. Çin isə öz növbəsində Avropa, Afrika və Latın Amerikasına yeni ticarət yolları salmaq istəyir. Bunun üçün dünyanın ikinci böyük ölkəsi müxtəlif ölkələrdə gəmi limanlarına, avtomobil və ya dəmir yollarına milyardlarla investisiya qoyur. Lakin bu niyyəti AB mübahisəli qarşılayır. 


Altmayer bildirir ki, Çinin ipək yolu planlarını tənqid edənlər, bunu geosiyasi təsirlərin artırılması imkanı kimi görürlər. Araşdırmalar göstərir ki, layihələr çinli şirkətlər tərəfindən həyata keçirilir və borclanma problemləri ilə nəticələnir. "Almaniya bu toplantıda beynəlxalq infrastrukturunun genişləndirilməsində Avropanın ədalətli və dayanıqlı işbirliyi şərtlərinə raiyət olunmasını tələb edəcəkdir", deyə nazir əlavə edib.