AMB 2019-ci ildə 1.1%-lik inkişaf proqnozlaşdırır

08 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Avropa mərkəzi bankının iqtisadiyyata dair proqnozlarının azaldılması investorların diqqət mərkəzində.

AMB 2019-ci ildə 1.1%-lik inkişaf proqnozlaşdırır

Cümə axşamı Avropa mərkəzi bankı (AMB) mətbuat konfransında açıqlamasında Avrozona iqtisadiyyatı üzrə proqnozlarını aşağı salıb. 


Belə ki, cari il üzrə 1.7%-lik inkişaf ehtimalları 1.1%-ə salınıb. 2020 və 2021-ci illər üzrə proqnozlar da müvafiq olaraq 1.6 və 1.5%-ə salınıb. 


İnflyasiya proqnozları isə 2019-ci il üçün 1.6%-dən 1.2%-ə salınıb.