AMB: ABŞ ticarət böhranın dərinləşməsindən yayınmalıdır

24 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında Avropa mərkəzi bankının ticarət böhranlarına dair yeni araşdırması dərc edilib və ABŞ-a xəbərdarlıq edilir.

AMB: ABŞ ticarət böhranın dərinləşməsindən yayınmalıdır

Avropa mərkəzi bankı (AMB) ticarət münasibətlərinin pozulması və həllinin çətinləşməsi ilə bağlı xəbərdarlıq edib. Çətinləşən münasibətlərin daha da pozulmasının ağır nəticələri haqqında Avropa bankı çərşənbə günü açıqladığı araşdırmasında məlumat verir. Beynəlxalq ticarət münasibətlərində böhranın dərinləşməsinin mənfi təsirləri maliyyə bazarlarında stresin artması və güvənin azalması ilə daha da arta bilər. Ən çox zərər görən ölkə ABŞ olacaqdır. Avrozona və dünya bazarı da böyük mənfi nəticələrlə qarşılaşacaqdır. Uzun müddətli təsirlər isə qısa müddətli təsirlərdən daha güclü ola bilər, deyə AMB əlavə edir. 


ABŞ tərəfindən 2018-ci ildə əsası qoyulmuş ticarət böhranının Avrozona və dünya iqtisadiyyatı üçün risk səviyyəsi ortadır. Amerika keçən il qarşı tərəfdən adekvat reaksiyaları da özü ilə gətirən ticarət tərəfdaşlarına qarşı gömrük rüsumları tətbiq etməyə başladı. Çin ilə böhran isə daha da dərinləşib və hər iki ölkə arasında razılaşma ilə bağlı bir neçə dəfə fikirlər səsləndirilsə də dəqiq qərar haqqında məlumat yoxdur. 


AMB böhranın daha da dərinləşə biləcəyi ehtimallarının yüksək olduğunu və növbəti addımların da ola biləcəyini vurğulayır. Bankın modelləri isə göstərir ki, çətinləşən münasibətlərin daha da pozulması fonunda ABŞ Avrozonadan daha çox zərər görəcəkdir. Belə ki, inkişaf səviyyəsi birbaşa təsirlərlə 1.5% zəifləyə bilər. Əlavə olaraq, maliyyə bazarlarında volatillik yüksələcək və güvən göstəriciləri düşəcəkdir. 


Avrozona və Çin də təzyiq altındadır. Lakin Avrozonanın ABŞ-a istiqamətləndirdiyi ixracını başqa ölkələrə təklif edə bilər. ABŞ dünya bazarında tərəfdaşlarına qarşı gömrük rüsumlarını 10% artırarsa, qarşı tərəfdən də eyni reaksiya ilə cavab alacaqdır. Bucür senari inandırıcı olmasa da Donald Tramp höküməti araşdırmanın nəticələrinin əksinə olaraq bundan faydalanacağına inanır.