AMB: Bankirlər aşağı faizdən narahatdırlar

04 Aprel 2019

Dünya maliyyə bazarlarında böyük maraqla gözlənilən fundamental göstəricilər arasında AMB-nin toplantı protokolunda risklərə toxunulub.

AMB: Bankirlər aşağı faizdən narahatdırlar

Avropa mərkəzi bankının (AMB) idarə heyəti uzun müddət davam edən aşağı və qismən mənfi faiz dərəcələri siyasətindən narahatlığını bildirib. AMB-nin mart ayında faiz qərarı siyasəti toplantısının cümə axşamı dərc edilən protokolunda bəzi üzvlərin cari pul-kredit siyasətinin yan təsirlərindən narahat olduqları göstərilib. Mənfi təsirlər daha çox kommersiya banklarının gəlirləri və maliyyə dayanıqlığında özünü büruzə verə bilər. 


Bununla yanaşı, iqtisadiyyatda mövcud olan qeyri-müəyyənliklərin  inkişafı dinamikaya mənfi təsir etdiyi də göstərilib. Sənaye sektoru daxil olmaqla fundamental göstəricilər zəif açıqlanmaqda davam edir və inflyasiya üzrə göstəricilərdə də dinamika zəifdir. Uzun müddətli inflyasiya proqnozlarının da son aylar zəiflədiyi vurğulanıb.