AMB bazarları yumşaq siyasətin sonuna hazırlayır

08 Mart 2018

2016-ci ildən bu günə kimi istiqraz alışı proqramı müddətinin hər an artırıla biləcəyi ifadə edilirdisə, artıq bu ifadə çıxarılıb.

AMB bazarları yumşaq siyasətin sonuna hazırlayır

Avropa Mərkəzi Bankı (AMB) yumşaq monetar siyasəti ilə bağlı ifadələrində dəyişiklik edib. Bugünə kimi olduğundan fərqli olaraq, AMB iqtisadi gözləntilərin zəifləməsi fonunda istiqraz alışı proqramının genişləndirilməsini artıq nəzərdə tutmur. Bu haqda bank cümə axşamı faiz qərarını açıqlayarkən bildirib. Belə ki, AMB uçot faiz dərəcəsini 0.0%, depozit faizini isə mənfi 0.4% səviyyəsində saxlayıb. Bununla yanaşı, istiqraz alışı proqramının (ing.: "QE") aylıq həcmi 30 milyard avro səviyyəsində saxlanılıb və sentyabr ayına kimi davam etdirilməsi planlaşdırılır. Bundan əvvəl isə bu müddətin hər an uzadıla biləcəyi ifadə edilirdi (2016-ci ildən). 


Məlumatların açıqlanmasından sonra mətbuat konfransı baş tutmamışdan öncə avro 1.2430$-a kimi bahalaşmışdır. 


Faiz qərarından sonra Bakı vaxtı ilə saat 17:30-da AMB sədri Mario Draqi toplantı nəticələri ilə bağlı mətbuat konfransı keçirib:


 - Faizləri sabit saxladıq;

 - Göstəricilər Avrozonada güclü iqtisadiyyatdan xəbə verir;

 - Güclü dinamika inflyasiyanın artmasına işarədir;

 - Artan məşğulluq istehlakı da dəstəkləyir;

 - Əlverişli maliyyə şəraiti investisiyaları dəstəkləyir;

 - 2018-ci il üzrə iqtisadi inkişaf gözləntiləri 2.3%-dən 2.4%-ə yüksəlib, 2019 və 2020-ci il üzrə isə müvafiq olaraq 1.9% və 1.7% səviyyələrində saxlanılıb;

 - İnflyasiyanın baza indeksi orta müddət ərzində aratacaqdır;

 - 2018-ci il üzrə inflyasiya gözləntiləri 1.4%-də saxlanılıb, 2019-ci il üzrə 1.5-dən 1.4%-ə salınıb, 2020-ci il üzrə isə 1.7% səviyyəsində saxlanılıb;

 - AMB siyasəti kredit şərtlərini asanlaşdırıb;

 - Lakin iqtisadi inkişafı daha da gücləndirmək üçün islahatlar da genişləndirilməlidir;

 - Özəl sektorda kredit həcmi artmaqdadır;

 - Yumşaq monetar siyasət müddətinin uzadılmaması qərarı hamı tərəfindən qəbul edilib və müzakirəyə də səbəb olmayıb;

 - Lakin inflyasiya mövzusunda hələ zəfər əldə etməmişik;

 - Ticarətdə tək tərəfli qərarlar təhlükəlidir və bu günə kimi bu tip açıqlamalar dolların bahalaşmasına təsir etdiyini görmüşük. Bu gün isə Avropa tərəfdən qarşılıq veriləcəyini gözləmək lazımdır.