AMB-dən monetar siyasətə dair önəmli açıqlamalar olacaq

24 Yanvar 2019

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma, bu gün Avropa sessiyasında daha da sürətləndirilə bilər.

AMB-dən monetar siyasətə dair önəmli açıqlamalar olacaq

ABŞ-da sıfıra yaxın inkişafdan ehtiyat edilir. 

ABŞ-ın hökümət dairələrində iqtisadiyyatına dair bədbin açıqlamaların verilməsi, foreks bazarlarında dolların 0.7% ucuzlaşmasına səbəb olub. Təhlillərə əsasən, dollar indeksi keçən həftənin minimum səviyyəsini də qıraraq, altında qalarsa, ucuzlaşma dalğası 2%-ə kimi də sürətlənə bilər.


EUR/USD 1.14$-ın üzərində möhkəmlənərsə, 1.15$-a kimi də sürətlənə bilər. 

EUR/USD məzənnəsi də bahalaşaraq, 1.14$-ı yuxarı istiqamətdə qırmaqdadır və üzərində qalarsa, 1.15$-a kimi də bahalaşa bilər. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransı da investorların diqqət mərkəzindədir.