AMB: Faiz artımı qərarı uzana bilər

25 Yanvar 2019

Avropa Mərkəzi Bankının idarə heyətinin üzvü Benoa Köur Davosda iştirakı zamanı verdiyi müsahibəsində iqtisadi risklərin təəccübləndirdiyini bildirib.

AMB: Faiz artımı qərarı uzana bilər

Avropa Mərkəzi Bankının (AMB) idarə heyətinin üzvü Benoa Köur Avrozonada faiz siyasətində artım qərarının gecikə biləcəyini bildirib. "Biz deyirik ki, yaya kimi dəyişiklik etməyəcəyik. Biz bunu dəyişə də bilərik", deyə fransız Davosda iştirakı zaman danışıb. Bu fikiri ilə Köur AMB-nin yay ayına kimi qüvvədə olan sıfır faiz qərarına vurğu edib. 


Bununla yanaşı, AMB üzvü Avrozonada mövcud zəif iqtisadi vəziyyətin davam etməsinin bankı təəccübləndirdiyini də əlavə edib: "Bizim bu vəziyyətə reaksiyamız ilə bağlı qərar verə bilməyimiz üçün vaxta ehtiyacımız var". Eyni sözləri AMB sədri Mario Draqi də cümə axşamı baş tutan mətbuat konfransında bildirmişdi və mart ayı toplantısını vurğulamışdı. Mart ayında iqtisadi vəziyyət daha aydın qiymətləndirilə bilinəcək: Cari vəziyyət ya müvəqqətidir, ya da davamlı olacaqdır. 


Qeyd etmək lazımdır ki, Köur Draqidən sonra bank sədrliyinə mümkün namizəd kimi görülür. Draqinin səlahiyyət müddəti oktyabr ayında bitir. Lakin Körün səlahiyyət müddətinin dekabr ayında bitməsi hüquqi maneə yarada bilər.