AMB faiz azaldılması ehtimalları artır

02 Sentyabr 2019

Beynəlxalq birjalarda Avropa mərkəzi bankının əmanət faizini mənfi 0.5%-ə kimi azaltması ilə yanaşı, artıq 0.6%-ə kimi azaltması ehtimalları da güclənir.

AMB faiz azaldılması ehtimalları artır

Pul bazarlarında Avropa mərkəzi bankının artıq bu ay faiz azaldılmasına gedə biləcəyi fonunda spekulyasiyalar getdikcə güclənərək, 60%-ə çatıb. Ehtimallara əsasən, AMB sentyabrın 12-də əmanət faizini mənfi 0.4%-dən mənfi 0.6%-ə kimi azalda bilər. Mənfi 0.5%-ə kimi azalda biləcəyi proqnozları isə 100%-dır. 

Qeyd etmək lazımdır ki, AMB iyul ayında sonuncu toplantısında iqtisadiyyatda artan risklər fonunda siyasətini daha da yumşalda biləcəyi imkanları haqqında açıqlama vermişdi. Toplantıda çoxlu imkanlar - faiz azaldılması, yeni istiqraz alışı proqramı müzakirə edilib. Toplantı protokolunda bir addım ilə yanaşı, addımlar paketinin tətbiqinin mümkünlüyü də qeyd edilmişdir.