AMB: Göstəricilər proqnozlaşdırılandan zəif açıqlanır

23 May 2019

Dünya birjalarında böyük maraqla gözlənilən AMB protokolunda inkişafın və inflyasiyanın zəiflədiyi və ilin ikinci yarısında da arta bilməyəcəyi göstərilib.

AMB: Göstəricilər proqnozlaşdırılandan zəif açıqlanır

Avropa mərkəzi bankının (AMB) cümə axşamı yayımlanan toplantı protokolunda sonuncu fundamental göstəricilərin proqnozlaşdırılandan zəif açıqlandığı vurğulanıb və inflyasiyanın hədəfin altında olduğuna diqqət çəkilib. 


Protokolda vurğulanan əsas başlıqlar isə aşağıdakılardır: 


2019-cu ilin ikinci yarısında inkişafı güclənəcəyinə dair əminlik azalsa da göstəricilər vəziyyətə uyğun hesab edilir; 


Növbəti toplantıda şərtlərinin müzakirə ediləcəyi gözlənilən "TLTRO" proqramı inkişaf səviyyəsini də nəzərə alacaqdır;  


Bankın idarə heyəti üzvlərinin bəzisi "TLTRO" proqramını bekstop kimi qiymətləndirir, digərləri isə monetar siyasətin uyğunlaşdırılması kimi istifadə etmək istəyir; 


AMB mənfi faizlərin yan təsirlərinin azaldılmasını müzakirə edə bilər; 


Lakin mənfi faizlər kredit dövriyyəsinin artmasına təsir etməkdədir; 


Qlobal iqtisadi inkişafın zəifləməsinə dair işarələr və ticarət zəifliyi qalmaqdadır; 


Sentyabr ayından kredit dinamikasının zəifləməsi müşahidə edilir və bu, inkişafın zəifləməsi ilə əlaqələndirilir.