AMB ilk faiz artımı vaxtı ilə bağlı səbrli davranacaq

19 İyun 2018

AMB sədri Mario Draqi çərşənbə axşamı konfransda çıxışı zamanı, sərtləşdirmə siyasətinin mərhələli şəkildə baş verəcəyini bildirib.

AMB ilk faiz artımı vaxtı ilə bağlı səbrli davranacaq

Avropa Mərkəzi Bankının (AMB) yumşaq monetar siyasətinın sonu görünsə də, ilk faiz artımı fonunda ehtiyatlı mövqe sərgilənəckdir. AMB sədri Mario Draqi çərşənbə axşamı konfransda çıxışı zamanı, ilk faiz artımının vaxtı ilə bağlı səbrli davranacaqlarını bildirib. Bundan sonra davam etdiriləcək sərtləşdirmə siyasəti isə mərhələli şəkildə baş verəcək. 


Bu açıqlamaya da avro ucuzlaşma ilə reaksiya verib. Keçən həftə AMB-nin monetar siyasəti ilə bağlı yeni açıqlamaları da EUR/USD məzənnəsinin 1.15$-a kimi 3% ucuzlaşmasına təsir etmişdir. Bu, maliyyə bazarlarında AMB-nin yumşaq monetar siyasətindən uzaqlaşması niyyətinin, Avrozona iqtisadiyyatında vəziyyətin hələ kövrək olduğu bir vaxta təsadüf etməsi ilə əlaqələndirilir. 


Qeyd etmək lazımdır ki, faiz dərəcələrində dəyişiklik etməyən bank, cümə axşamı istiqraz alışı proqramının bitəcəyi tarixini dekabr ayına təyin etməklə yanaşı, aylıq həcmini də yarıbayarı azaldıb. İlk faiz artımının isə 2019-ci ilin yay aylarında baş verə biləcəyini əlavə etmişdir.