AMB iqtisadiyyata dəstəyini genişləndirir

07 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilən AMB-nin faiz qərarı yeni qərarlarla müşayiət olunub.

AMB iqtisadiyyata dəstəyini genişləndirir

Avropa mərkəzi bankı (AMB) iki günlük faiz qərarı toplantısından sonra cümə axşamı verdiyi açıqlamaya əsasən, uçot faiz dərəcəsi 0.00%-də saxlanılıb. Bununla yanaşı, faizlərin cari ilin sonuna kimi sıfır faiz səviyyələrində saxlanılacağını və kommersiya banklarına əlavə sərfəli şərtlərlə pul təklif (TLTRO 3) edəyini açıqlayıb. 


Faizlər 2019-ci ilin sonuna kimi qalacaq. 

Avropanın birinci bankı aşağı faiz siyasətini bugünə kimi planlaşdırıldığından daha uzun müddətə kimi davam etdirmək istəyir. Belə ki, yeni qərara əsasən, uçot faiz dərəcəsi ən azı 2019-ci ilin sonuna kimi toxunulmayacaqdır. Sonuncu dəfə bu göstərici 2019-ci ilin yay ayları idi. 


AMB banklara yeni uzun müddətli kredit təklifi edir. 

AMB banklara yeni uzun müddətli kreditlər imkanı da yaratmaq istəyir. Məlumata görə, 2019-ci ilin sentyabr ayından 2021-ci ilin mart ayına kimi yeni pul təklifləri ediləcəkdir. Bu tip siyasətlərin müddəti iki il olub. Bu, bankların kredit dövriyyəsinə xidmət edəcək və AMB-nin pul siyasətinə dəstək olacaqdır. 


Qeyd etmək lazımdır ki, 2014-ci ildən və 2016-ci ildə Avropanın birinci bankı kommersiya banklarına sərfəli şərtlərlə və uzun müddətliyinə pul təklif etmişdi. Bu siyasətin məqsədi isə kredit dövriyyəsinin genişləndirilməsi və iqtisadi inkişafı və inflyasiyanı canlandırmaqdır.