AMB istiqraz proqramını müzakirə edib

05 Oktyabr 2017

AMB sonuncu toplantısında "QE" proqramının dayandırılmasının müxtəlif imkanları müzakirə edib.

AMB istiqraz proqramını müzakirə edib

AMB sonuncu toplantısında "QE" proqramının dayandırılmasının müxtəlif imkanları müzakirə edib. 

Avropa Mərkəzi Bankının (AMB) monetar siyasətini müəyyən edən komitə, istiqraz alışlarının (ing.: "QE") rekalibrasionun müxtəlif imkanlarını müzakirə ediblər, deyə cümə axşamı yayımlanan 7 sentyabr tarixində baş tutan toplantı protokollarında qeyd edilib. Komitə üzvləri xüsusilə də proqramın müddətində və aylıq həcmində dəyişiklikləri gözdən keçiriblər. "QE" proqramı AMB-nin Avrozonada aşağı inflyasiyaya qarşı mübarizədə ən güclü aləti hesab edilir.

Mərkəzi bank faiz toplantısında avronun güclü artım dalğası fonunda ehtiyatlı davranıblar. Belə ki, protokol da bir daha komitə üzvlərinin narahatlıqlarını əks etdirib. Lakin bank sədri Mario Draqi mətbuat konfransında önəmli qərarların bu ay veriləcəyini bildirmişdir və növbəti faiz toplantısı oktyabr ayının 26-dadır.