AMB: Maliyyə dəstəyinə ehtiyac vardır

25 Oktyabr 2018

Avropa Mərkəzi Bankının açıqlamaları dünya birjalarında güclü hərəkətlilik yaratmayıb. Avro 1.15$-ın altında ticarət edilməkdə davam edir.

AMB: Maliyyə dəstəyinə ehtiyac vardır

Avropa Mərkəzi Bankı (AMB) faiz dərəcələrində dəyişikliyə getməsə də oktyabr ayından etibarən istiqraz alışı proqramının həcminin 15 milyard avroya kimi azaltması, "anti-böhran-siyasəti"-nin sonuna yaxınlaşması deməkdir. Bu qərar iyun ayında verilmişdi. Beləliklə, bank "QE" proqraımın 2018-ci ilin sonuna kimi dayandırmağa çalışır. Uçot faiz dərəcəsi 0.00%, Marjinal kreditləşmə imkanı faizi 0.25% və Əmanətlər üzrə məhdudlaşdırılmış imkanı faiz dərəcəsi isə mənfi 0.40% səviyyəsində saxlanılıb. 


Lakin uçot faizinin sıfır faiz səviyyəsində qalacağı əminliyi güclü olaraq qalır. Bank yumşaq monetar siyasətindən mərhələli şəkildə uzaqlaşmağı planlaşdırır. Belə ki, kommersiya bankları mərkəzi bankda saxladıqları pulları üçün də əlavə olaraq 0.4% ödəməyə davam edəcəklər. Faiz dərəcələrində dönüş ilə bağlı isə qərarını AMB gələn ilin payız ayında verəcəkdir. Bank faiz dərəcələrinin ən azından 2019-ci ilin yay aylarına kimi cari səviyyələrdə qalacağını bir daha vurğulayıb. Beləliklə, kredit cəlb edən təfər aşağı faizlərdən faydalanmağa davam edəcəklər. 


Qeyd etmək lazımdır ki, sentyabr ayında istehlak qiymətləri illik müqayisədə 2.1% səviyyəsində olub. AMB də siyasəti ilə orta müddət ərzində 2.0%-lik inflyasiya hədəfləyir. 


Faiz qərarından sonra Bakı vaxtı ilə saat 16:30-da AMB sədri Mario Draqi toplantı nəticələri ilə bağlı mətbuat konfransı keçirib:


 - Faiz dərəcələri dəyişmədik və 2019-ci ilin yaz aylarına kimi bu səviyyələrdə saxlamağı planlaşdırırıq;


 - İnflyasiya mərhələli şəkildə artır, inflyasiyanın ilin sonuna kimi artması gözlənilir;


 - Lakin inflyasiya üçün maliyyə dəstəyinə ehtiyac vardır;


 - Proteksionizm, inkişaf etməkdə olan bazarlar  və bazarlardakı volatillik ilə bağlı risklər aktual olaraq qalır;


 - Açıqlanan göstəricilər gözləntilərdən çox aşağıdır;


 - 2018-ci ilin dördüncü rübündə tələbin artması ilə kredit dövriyyəsinin artması gözlənilir;


 - Ticarət qeyri-müəyyənliyi ixrac potensialını zəiflədib. Vəziyyətin daha da dərinləşəcəyini demək çətindir;


 - İtaliya mövzusunu müzakirə etmədik, lakin bir razılığın əldə ediləcəyinə əminəm;


 - İtaliya probleminin digər ölkələrə yansıması riskləri məhduddur;


 - Siyasi risklər artsa da, inflyasiyanın baza indeksi bir neçə dəfə azalsa da, işsizlik azalır və əmək haqlarında artım dayanıqlıdır və müsbət gözləntilərə əsas verir. Bankın inflyasiya gözləntiləri əminliyi fonunda şübhələrə əsas yoxdur. Bu ilin sonuna kimi qismən problemlər olacaq, lakin bununla bərabər bank da dəstəyini davam edəcəkdir;


 - Mərkəzi Bankın müstəqilliyi önəmlidir;


 - Breksit də diqqət mərkəzində saxlanılmalıdır, amma müzakirə etmədik;


 - Sözlə idarə etmə önəmlidir və qeyri-müəyyənliyi aradan qaldırır.