AMB: İqtisadi inkişaf fonunda narahatlıqlar artır

25 Yanvar 2019

Avropa Mərkəzi Bankının sədri faiz qərarından sonra mətbuat konfransında danışarkən, dünyada və Avrozonada iqtisadi risklərin artığını vurğulayıb.

AMB: İqtisadi inkişaf fonunda narahatlıqlar artır

Avropa Mərkəzi Bankı (AMB) iqtisadi gözləntilərin zəifləməsi səbəbilə bütün imkanları açıq saxlayırlar. AMB sədri Mario Draqi cümə axşamı mətbuat konfransında danışarkən, Avrozonada gələcək iqtisadi gözləntilər fonunda qeyri-müəyyənliyin artdığını bildirib. Sədr böhranı inkar etsə də siyahının uzun olduğunu vurğulayıb. 


Beynəlxalq münaqişələr dünyada ticarəti zəiflədir. Çinin iqtisadi inkişaf dinamikası keçən il ərzində təqribən son 30 ilin minimum səviyyəsinə düşüb və İngiltərənin Avropa Birliyindən (AB) razılıqsız ayrıla biləcəyi təhlükəsi var. Bununla yanaşı, bəzi ölkələrin iqtisadiyyatlarında da risklər getdikcə artmaqdadır. Bütün bunlarla bərabər AMB-nin böhrana qarşı əlində imkanları da çoxdur. 


Qeyd etmək lazımdır ki, maliyyə bazarlarında faiz artımı ehtimalları artıq 2020-ci ilə kimi uzanıb.