AMB-nin açıqlamaları öncəki vəziyyət və proqnozlar

25 İyul 2018

Dünya maliyyə bazarlarında son günlər volatillik zəifləsə də sabah AMB-nin açıqlamaları ilə dalğalanmanın arta biləcəyi gözlənilir.

AMB-nin açıqlamaları öncəki vəziyyət və proqnozlar

Dünya valyuta birjalarında sabah Bakı vaxtı ilə saat 15:45-də yayımlanacaq Avropa Mərkəzi Bankının faiz qərarı öncə Avro/Dollar məzənnəsi 1.16-1.17$ aralığında dalğalanmaqdadır.


Maliyyə bazarlarında faiz qərarında dəyişiklik gözlənilməsə də, saat 16:30-da baş tutacaq mətbuat konfransında, bank sədrinin pul-kredit siyasəti ilə bağlı önəmli məlumatlar verəcəyi gözlənilir. Açıqlamalardan asılı olaraq EUR/USD məzənnəsində dalğalanma daha da güclənə bilər.


Bununla yanaşı, dolların aparıcı valyutalara nisbətən orta qiymətinin yenidən bahalaşa biləcəyi proqnozları güclənib. Qiymətin cari həftənin minimum səviyyəsini aşağı istiqamətdə qıra bilməməsi və üzərində ticarət edilməsi bu ehtimalları artırır.


Beləliklə, təkcə bu gün dolların aparıcı valyutalara nisbətən qiymətləri 0.4% bahalaşa bilər.