AMB-nin gəlirləri artıb

22 Fevral 2018

Avropa Mərkəzi Bankının açıqladığı hesabata əsasən, istiqraz alışı proqramı sayəsində gəlirləri artaraq, 1.3 milyard avroya çatıb.

AMB-nin gəlirləri artıb

Avropa Mərkəzi Bankının (AMB) gəlirləri 2017-ci ildə artıb. Belə ki, AMB-nin cümə axşamı açıqladığı toplantı protokoluna əsasən, xalis gəlir keçən il ərzində 1.3 milyard avroya kimi 0.1 milyard avro artıb. Bankın gəlirləri əsasən, istiqraz alışı proqramından və valyuta ehtiyatından yaranıb. 


AMB illərdir aşağı inflyasiya ilə mübarizədə istiqraz alır. Proqramın (ing.: "Asset Purchase Programme", APP) cari strukturunda aylıq alış həcmləri 30 milyard avrodur və sonuncu qərara əsasən, sentybar ayına kmi davam etdiriləcəkdir. Proqram təkcə 2017-ci il ərzində 575 milyon avro dəyərində gəlir gətirib, bu göstərici 2016-ci ildə 435 milyon olub. 


Valyuta ehtiyatlarından əldə edilən faiz gəlirliyi isə 370 milyon avrodan 534 milyon avroya çatıb. Valyuta ehtiyatlarından əldə edilən gəlirliyin ən çox payı dollara edilən yatırımlardır. 


Bank nəzarətindən əldə edilən gəlirlərin payında da artım müşahidə edilib: 382 milyon avrodan 437 milyon avroya yüksəlib. AMB Avrozonada bankların nəzarəti üçün komissiya alır. 


İstiqraz alışı proqramı nəticəsində bankın büdcəsi 414 milyard avroya çatıb. Bu isə illik müqayisədə 19%-lik artım deməkdir. 


Büdcə hesabatında AMB-nin işçi xərcləri də göstərilib. Belə ki, burada da 535 milyon avroya kimi 68 milyon avro artım olub. 


Qeyd etmək lazımdır ki, AMB əldə etdiyi gəlirin hamısını milli mərkəzi banklara köçürür. 988 milyon avro artıq yanvar ayının 31-i köçürülüb və qalan 287 milyon avronun isə fevral ayının 23-ü köçürüləcəkdir.