AMB-nin ilk faiz artımı ehtimalları azalır

24 Yanvar 2019

Beynəlxalq maliyyə bazarlarında analitiklərin Avropa Mərkəzi Bankının 2019-ci ildə ilk faiz artımına gedə biləcəyi ehtimalları zəifləyib.

AMB-nin ilk faiz artımı ehtimalları azalır

Beynəlxalq maliyyə bazarlarında analitiklərin Avropa Mərkəzi Bankının (AMB) 2019-ci ildə ilk faiz artımı ehtimalları zəifləyib. Buna aşağıdakı amillər əsas gətirilir. 


  • Gözləntilərə əsasən, AMB Avrozona iqtisadiyyatında müşahidə edilən yavaşlamanın cari il ərzində də olacağını nəzərə ala bilər;

  • Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatı üzrə inkişaf gözləntilərini aşağı salıb;

  • Qlobal iqtisadiyyat fonunda qeyri-müəyyənlik və Breksit AMB-nin iyun ayına kimi faizlə bağlı mövqeyini dəyişməsin.


Bu gün AMB-nin dekabr ayında istiqraz alışı proqramının dayandırılmasından sonra ilk toplantısı baş tutacaq. Maliyyə bazarlarında hökm sürən ehtimallara əsasən, bank Avrozona iqtisadiyyatının yavaşlamasının gözləniləndən daha çox davam edə biləcəyini nəzərə ala bilər. 


Avrozona iqtisadiyyatında yavaşlamanın güclənə və daha da uzana biləcəyi ehtimalları, Beynəlxalq Valyuta Fondunun sonuncu açıqlanan proqnozları ilə daha da güclənib. 


Almaniyanın avtomobil sənayəsində çətinliklər və xarici bazarlarda tələbin azalması, 2019-ci ildə iqtisadi inkişafı zəiflədə bilər. İtaliya da maliyyə riskləri ilə məşğuldur. Hesabata əsasən, Avrozona iqtisadiyyatı 2019-ci ildə 1.6%, 2020-ci ildə 1.7% böyüyəcək. Almaniyada isə iqtisadi inkişaf dinamikası 1.3%-ə kimi azaldılıb. 2018-ci ildə Almaniya iqtisadiyyatı 1.5% ilə son 5 ilin ən aşağı nəticəsini göstərmişdi. İtaliyada bu il 0.6%, gələn il 0.9% artım proqnozlaşdırılır. 2018-ci ildə bu göstərici 1.0% idi. 


Gələcəyə dair gözləntilər üçün önəmli hesab edilən biznes aktivliyi indeksi (ing.: "PMI") son illərin ən aşağı səviyyəsinə düşüb, beynəlxalq platformada ticarət münasibətlərin pozulması fonunda qeyri-müəyyənlik və Breksitin mənfi təsirləri artıb və əsas risklər hesab edilir. 


AMB siyasəti ilə Avrozona iqtisadiyyatı üçün kifayət qədər işlər görüb. Bank sədri Mario Draqi keçən Avropa parlamenti qarşısında çıxışı zamanı da iqtisadi inkişafın gözləniləndən zəif olduğunu bildirmişdi. 


Dekabr ayında mərkəzi bank Avrozonanın 2019-ci ildə 1.7% böyüyəcəyini bildirmişdi və yeni gözləntilərin bir də mart ayında açıqlanacağına baxmayaraq, bank bu gün artıq zəif inkişafı vurğulaya bilər. 


AMB-nin dekabr ayında ilk faiz artımı ilə bağlı ehtimallar artıq qiymətlərdə öz əksinin tapıb və maliyyə bazarlarında bu il bankın siyasətində dəyişiklik gözlənilmir.