AMB-nin açıqlamaları diqqət mərkəzində

14 İyun 2018

Bu gün Avropa Mərkəzi Bankının istiqraz alışı siyasəti ilə bağlı gələcəyə dair açıqlamaları avronun gələcək istiqaməti üçün önəmli olacaqdır.

AMB-nin açıqlamaları diqqət mərkəzində

Dünya valyuta birjalarında Amerika Mərkəzi Bankının çıxışından sonra dolların aparıcı valyutalara nisbətən orta qiymətində ucuzlaşma müşahidə edilib. Bu gün isə investorların diqqəti Avropa Mərkəzi Bankının açıqlamalarına yönəlib.

AMB mətbuat konfransında istiqraz alışı proqramının uzadılması ilə bağlı hər hansı bir fikir bildirərsə və ya gələcək siyasətə dair bu dəfə də qeyri-müəyyənlik nümayiş etdirərsə, bu, avronun 1.14$ istiqamətində 3% ucuzlaşmasına təsir edə bilər.

Əks təqdirdə, yəni istiqraz alışı proqramının sentyabr ayında dayandırılması dilə gətirilərsə, bununla bağlı gözləntilər gücləndirilərsə və ya hər hansı bir pozitiv siqnal verilərsə, bu, alternativ olaraq avronun 1.19-1.20$-a kimi bahalaşmasına səbəb ola bilər.


Avro 1.18$, Funt 1.34$-a ticarət edilir. 

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.18$, GBP/USD məzənnəsi isə 1.34$ ətrafında ticarət edilir. GBP/USD məzənnəsi də təzyiq altındadır. Təhlillərə əsasən, GBP/USD valyuta cütlüyünün qiyməti 1.3344$-ı aşağı istiqamətdə qırarsa, 1.3300 və 1.3256$-a kimi də dəyər itirə bilər.


USD/TRY: 4.69TL-ə kimi bahalaşdıqdan sonra ucuzlaşdı. 

Türkiyə maliyyə bazarlarında da USD/TRY məzənnəsi 4.69TL-ə kimi bahalaşdıqdan sonra 4.66TL-ə kimi ucuzlaşıb.