AMB-nin narahatlığı və qızılda bahalaşma

25 Yanvar 2019

Əlvan metallar bazarlarında qızılın qiymətində müşahidə edilən bahalaşmanın nə qədər güclü ola biləcəyi hal-hazırda investorları düşündürən əsas sualdır.

AMB-nin narahatlığı və qızılda bahalaşma

Əlvan metallar bazarlarında qızılın qiyməti cümə axşamı valyuta birjalarında müşahidə edilən tendensiyanın təsiri altında 1276.66$-a kimi ucuzlaşsa da Avropa Mərkəzi Bankının açıqlamalarından sonra istiqamətini dəyişib. Belə ki, Mario Draqinin mətbuat konfransında artan riskləri vurğulaması, qızıla olan tələbin artmasına səbəb olub. Bununla yanaşı, cümə günü də investorların həftə sonu rahat istirahət edə bilmələri üçün portfellərində qızılın həcmini artırmaları, qızılda bahalaşma tendensiyasını daha da gücləndirə bilər. 


Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti 1284.55$-ı da yuxarı istiqamətdə qırarsa, 1286.27 və 1288.15$-a kimi dəyər qazana bilər.