AMB-nin qərarı və DAX30 indeksində bahalaşma

11 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında AMB-nin yumşaq monetar siyasətini genişləndirməsi qərarı, Almaniyanın səhm bazarlarına müsbət təsir edib.

AMB-nin qərarı və DAX30 indeksində bahalaşma

Beynəlxalq səhm bazarlarında Almaniyanın DAX30 indeksi keçən həftə 11665 punkt səviyyələrində müqavimətlə rastlaşaraq ucuzlaşmağa başlamışdı. Lakin cümə günü Avropa mərkəz bankının (AMB) mətbuat konfransında sədr Mario Draqinin çıxışından sonra indeks 11403 punktda dəstək görərək, bahalaşmağa başladı. 


Almaniyanın fond bazarlarında hal-hazırda 11490 punktun üzərində ticarət edilən DAX30 indeksi, keçən həftənin dəstək səviyyəsi üzərində qaldıqca, qlobal artım dalğasını bərpa edə biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, DAX30 indeksi 11570 punktu yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, 11675 punkta kimi də bahalaşa bilər. 


Daha uzun müddətli perspektivdə indeksin 11940 punkta kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır. 


Qeyd etmək lazımdır ki, AMB-nin faiz artımını bu il üçün təxirə salması və Avrozonada iqtisadiyyata dəstək olmaq üçün kommersiya banklarına sərfəli şərtlərlə kredit təklif edəcəyini açıqlayıb.